Şar dəyirmanı
Şar dəyirmanı — möhkəm materialları əzmək üçün qurğu.
Əsasən rənglərdə,pirotexniki vasitələrdə(müəyyən effekt-fişəng vəya siqnal,yanacaq tərkibli-alov,yardırıcı vasitələr) və keramikada istifadə olunan toz məhsulu istehsalında istifadə olunur. Şar dəyirmanı sement,əhəng,gips, keramika məhsulları və s. istehsalı zamanı materialı ən az 1/10 ölçülərində əzmək üçün istifadə olunur. Üyütmə prosesi böyük enerji sərfiyyatı və xərclərinə görə fərqlənir. Şar dəyirmanlarında materialın üyüdülməsi barabanın daxilindəki boşluğun içində fırlanaraq əzəlməsi şəklində baş verir. Üyütmə obyektlərinin (şar,millər) fırlanması zamanı və üyüdülən obyektlər («yük» adlanan) əvvəlcə dairəvi trayektoriya üzrə barabanla bir hərəkət edir, sonra isə parabolaya çevrilir. Yüklərin bir hissəsi fırlanma oxuna yaxın yerləşir, aşağı təbəqəyə doğru sürüşür. Materiallar aşınma nəticəsində xırda tərkiblər və material hissəciklərinin nisbi hərəkəti zamanı zərbələr nəticəsində üyüdülür.
Şar dəyirmanları iki cür olur: laboratoriyada və sənayedə istifadə olunan.